91
Dünya 5 may — 09:59

Koronavirusa yoluxanların sayı 155 milyona çatır

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 154 milyon 988 min 353 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə “Worldometers” saytı xəbər yayıb.

Qeyd olunur ki, pandemiya qurbanlarının sayı 3 milyon 241 min 164 nəfərdir. İndiyədək 132 milyon 469 min 249 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən dünyada son sutka ərzində 644 685 nəfər koronavirusa yoluxub, 10 501 nəfər ölüb.

Xatırladaq ki, koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 274 659 nəfər virusa yoluxub, 592 409 pasiyent dünyasını dəyişib.

Xəbərlər