209
Dünya 5 may — 01:37

Türkiyədə daha 336 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 336 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 28 min 997 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 929 min 118, pandemiya qurbanlarının sayı isə 41 min 527 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 554 min 037 pasiyent (son sutkada 38 min 218 nəfər) sağalaraq evə buraxılıb.

Xəbərlər