94
Dünya 4 may — 17:43

İranda daha 344 nəfər pandemiyanın qurbanı oldu

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) daha 344 nəfər ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, bununla da İranda bu virusdan ölənlərin sayı 73 219 nəfərə yüksəlib.

Ötən sutka ərzində həm də 20 150 yoluxma halı qeydə alınıb və ölkədə bu virusa yoluxanların sayı 2 575 737 nəfərə çatıb. Virus daşıyıcılarından 5 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 022 586 nəfər koronavirusdan sağalıb.

Xəbərlər