139
Dünya 4 may — 19:00

Polşada Hindistan ştammı aşkarlandı

Polşada koronavirusun Hindistan ştammı aşkarlanıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat verib. Nazirin sözlərinə görə, Varşava və Katovis bölgələrində koronavirus ocaqları qeydə alınıb. Həmin regionlardan götürülmüş nümunələrin 14-də hind mutasiyası təsdiqlənib.

"Bu yaxınlarda koronavirus infeksiyası əlamətləri olan bir diplomat və ailəsi Hindistandan Polşaya evakuasiya edildi. Diplomatın ailəsindən iki nəfərin Hindistan ştammına yoluxduğu barədə məlumatımız var", - nazir əlavə edib.

Xəbərlər