117
Dünya 4 may — 15:58

Rusiyada koronovirus daha 337 nəfərin ölümünə səbəb oldu

Rusiyada son sutka ərzində koronavirusa 7770 yeni yoluxma halı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

Rusiyada son bir gündə həm də 337 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 111 535 nəfər olub. İndiyədək 4 457 044 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.

Xəbərlər