228
Dünya 4 may — 13:03

Ermənistan MTX-nin keçmiş generalları təşkilat yaratdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Mikael Ambarsumyan və keçmiş həmkarları xüsusi xidmətin yüksək rütbəli zabitlərinin daxil olduğu ictimai təşkilat yaradıblar. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Qeydə alınan ictimai təşkilat “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” adlanır. Artıq qurumun ofisi də mövcuddur.

İctimai təşkilatın qurucuları MTX-nin keçmiş direktor müavinləri general-leytenant Qrant Yepiskoposyan, general-leytenant Vrej Arzumanyan və Mikael Ambarsumyandır. Şuranın tərkibinə, həmçinin MTX-nin keçmiş direktoru, Vətən partiyasının lideri Artur Vanetsyan da daxildir.

Təşkilatın idarə heyətinin sədri Qrant Yepiskoposyan seçilib.

Xəbərlər