234
Dünya 4 may — 01:42

Mərkəzi Kəşfiyyat İdarəsinə girmək istəyən naməlum şəxs saxlanıldı

ABŞ-da naməlum şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı ərazisinə girməyə çalışıb.

Məlumatı “NBC News” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yayıb.

Telekanalın məlumatına görə, naməlum şəxs binaya əsas girişdən daxil olmağa çalışıb, silahlı mühafizə xidmətinin əməkdaşları onu dayandırıblar. “Həmin şəxslə danışıqlar gedir. Atışma olmayıb”, - telekanal qeyd edib.

Mərkəzi Kəşfiyyat İdarəsi açıqlamasında ətraf sərhəddəki təhlükəsizlik probleminin həll edildiyini bildirib: “Bina təhlükəsiz şəraitdədir”.

Xatırladaq ki, MKİ-nin qərargahı Vaşinqton yaxınlığında, Virciniya ştatında, Lenqlidədir.

Xəbərlər