126
Dünya 3 may — 23:37

Türkiyədə koronavirus qurbanlarının sayı 41 mini ötdü

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 347 nəfər dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda həm də 24 min 733 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 900 min 121, pandemiya qurbanlarının sayı isə 41 min 191 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 515 min 819 pasiyent sağalaraq evə buraxılıb.

Xəbərlər