140
Dünya 19 aprel — 22:15

Makronun səfərə getdiyi şəhərdə atışma olub

Fransa Prezidenti Emmanuel Makronun səfərə getdiyi Monpelye şəhərində naməlum şəxs atəş açıb, daha sonra qaçmağa nail olub.

“RİA Novosti”nin məlumatına görə, hadisə günün birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb, daha sonra maşınla qaçıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həmin şəxsin axtarışlarına başlanılıb.

Qeyd edilib ki, Fransa Prezidenti daxili işlər naziri Jerald Darmenenin müşaiyəti ilə bu şəhərdə səfərdədir.

Xəbərlər