95
Dünya 19 aprel — 18:08

İranda 24 min yeni yoluxma, 398 nəfər ölüb

İranda ötən sutka ərzində 24 346 nəfər koronavirusa (COVID-19) yoluxub. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə virusa yoluxanların sayı 2 261 435 nəfərə yüksəlib. İnfeksiya daşıyıcılarından 4 843 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən 24 saat ərzində ölkədə 398 nəfər koronavirusdan ölüb. Beləliklə də COVID-19-dan ölənlərin ümumi sayı 67 130 nəfərə çatıb.

İndiyədək 1 797 319 nəfər koronavirusdan sağalıb, 14,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Xəbərlər