155
Dünya 8 aprel — 17:23

Merkel Putinlə Donbası müzakirə etdi

Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd edilib ki, Putin və Merkel bir sıra aktual beynəlxalq mövzuları müzakirə ediblər. Tərəflər Ukraynanın cənub-şərqində gərginliyin artmasından narahat olduqlarını bildiriblər.

"Rusiya və Almaniyanın səylərinin daha sıx koordinasiyası, həmçinin Xarici İşlər nazirliklərinin xətti ilə "Normand" formatı çərçivəsində təmasların davam etdirilməsinə istək ifadə olunub.

Xəbərlər