88
Dünya 8 aprel — 11:11

Gürcüstanda daha 761 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda son sutkada daha 761 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 9 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 286 406-ya, ölənlərin sayı 3 849-a yüksəlib.

Son 24 saat ərzində sağalanların sayı 537 nəfər artaraq 276 084 olub.

Xəbərlər