897
Dünya 8 aprel — 09:09

Paytaxta güclü zərbələr: böyük dağıntılar və tələfat var

Aprelin 8-də gecə saatlarında İsrail aviasiyası Suriyanı paytaxtı Dəməşqə güclü zərbələr endirib. Suriya İnsan haqları Monitorinq Qrupunun bildirdiyinə görə, çoxsaylı raket zərbələri hərbi hədəflərə endirilib. Qırıcılar Qolan təpələri istiqamətindən və Livanın hava məkanından raketləri buraxıblar.

Rəsmi SANA agentliyi bildirir ki, zərbələr Dəməşqdən cənuba endirilib. Suriya hakimiyyəti raketlərin “böyük qisminin” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu deyir, amma ciddi ziyan dəydiyini də təsdiqləyir. Rəsmi məlumata görə 4 Suriya hərbçisi yaralanıb. İsrail həmişə olduğu kimi Dəməşqə endirilmiş aviazərbələrə şərh vermir.

Virtualaz.org

 

Xəbərlər