86
Dünya 8 aprel — 01:42

Türkiyədə koronavirus daha 276 nəfərin ölümünə səbəb oldu

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 276 nəfər dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saatda həm də 54 min 740 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 633 min 925, pandemiya qurbanlarının sayı isə 32 min 943 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 194 min 978 pasiyent sağalaraq evə buraxılıb.

 

Xəbərlər