311
Dünya 7 aprel — 21:10

Patruşev: ABŞ sərhədlərimizdə bioloji silahlar hazırlayır

Rusiya və Çin sərhədləri yaxınlığında ABŞ-ın nəzarətində olan laboratoriyalarda bioloji silahlar hazırlanır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Bizə deyirlər ki, sərhədlərimiz yaxınlığında mülki sanitar-epidemioloji stansiyalar fəaliyyət göstərir. Amma onlar nədənsə amerikalıların onillərdir hərbi bilogiya sahəsində çalışdıqları Merilend ştatındakı Fort-Detriki xatırladır. Yeri gəlmişkən, diqqət yetirmək lazımdır ki, ətraf rayonlarda bu regionlar üçün səciyyəvi olmayan xəstəliklərin yayılması qeydə alınır”, - deyə Patruşev bildirib.

Təhlükəsizlik Şurasının katibi Donbasda baş verənlərə də münasibət bildirib. O belə hesab edir ki, orada vəziyyətin kəskinləşməsi Ukraynadakı ciddi daxili problemlərin nəticəsidir və Kiyev də bununla əhalinin diqqətini yayındırmağa çalışır.

Onun sözlərinə görə, Rusiya Donbasdakı münaqişəyə qarışmağı planlaşdırmır, amma vəziyyəti diqqətlə izləyir: “Vəziyyəti yaxından izləyirik. Hadisələrin inkişafından asılı olaraq konkret tədbirlər görəcəyik”.

Xəbərlər