250
Dünya 4 mart — 01:57

“Britaniya ştammı” gənclərə daha çox təsir edir

İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb. Bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib. O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.

Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək. 6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.

İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.

Xəbərlər