Gürcüstanda ötən sutkada daha 362 nəfərə koronavirus diaqnozu qoyulub, 12 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyə qədər COVID-19-a yoluxanların sayı 269 800-ə, ölənlərin sayı isə 3 475-ə çatıb. Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 470 nəfər artaraq 263 727-yə yüksəlib.