982
Dünya 25 fevral — 19:19

Müxalifət Yerevanın mərkəzində barrikadalar qurur

Müxalif "Vətənin xilası uğrunda" hərəkatının tərəfdarları Baqramyan prospektində yerləşən Ermənistan parlamentinin binasının qarşısında çadırlar qurmağa başlayıblar.

***15:42

Yerevanda Azadlıq meydanında "Vətənin xilası uğrunda" hərəkatın çağırdığı mitinqə start verilir.

Baş nazir Nikol Paşinyanın özü isə bu dəqiqələrdə tərəfdarları ilə Yerevanda yürüş keçirir.

**15:10

Yerevanın mərkəzində, Opera Teatrı binasının qarşısında hakimiyyət və müxalifət tərəfdarları arasında ilk qarşıdurmalar baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Azadlıq meydanında müxalif "Vətənin xilası uğrunda" hərəkatının tərəfdarları toplaşıblar. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyana dəstək olaraq yürüş edən vətəndaşlar da oradan keçib gediblər.

Polis ciddi toqquşmaların qarşısını çətinliklə ala bilib. Lakin vəziyyət gərgin olaraq qalmaqda davam edir.

**14:28

Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar şəhərin əsas yollarını bağlayır.

“Armnews” xəbər verir ki, hökumət binasına parlament sədri Ararat Mirzoyan, müavini Alen Simonyan, millət vəkiləri, hökumət üzvləri gəliblər.

Eyni zamanda, müxalifət hamını saat 15-də Azadlıq meydanına toplaşmağa çağırıb.

**10:40

Ermənistan müxalifəti bu gün səhər saatlarında Yerevanın müxtəlif yerlərində baş nazir Nikol Paşinyanın istefası tələbilə itaətsizlik aksiyasına başlayıb. "Vətənin xilası hərəkatı"nın tərəfdarları bir neçə küçəni bağlayıb. Aktivistlər "Nikolsuz Ermənistan" şüarını səsləndirərək həm avtomobillərin, həm də insanların hərəkətini dayandırıblar.

Bənzər aksiyalar paytaxtın digər yerlərində də keçirilib. “Daşnaksütyun” partiyasının üzvü Qerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətdə davam edəcək.

Xəbərlər