111
Dünya 23 fevral — 12:02

Ermənistanda koronavirusa yoluxanların sayı

Ermənistanda son sutkada daha 166 nəfər COVID-19-a yoluxub. Bməlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 672-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 171-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 162 329 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 366 aktiv koronavirus xəstəsi var.

Xəbərlər