499
Dünya 23 fevral — 00:58

Soçidə Lukaşenko və Putinin 6 saatlıq görüşü başa çatdı

Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş yekunlaşıb.

Bu barədə "Belarus-1" telekanalı xəbər yayıb.

Qeyd edilir ki, danışıqlar 6 saatdan çox davam edib.

Daha əvvəl bildirilib ki, dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər. Belarus və Rusiya prezidentləri koronavirusla birgə mübarizə üçün Avropa ölkələri ilə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Lukaşenko həmçinin Belarusda COVID-19-la mübarizə üçün Rusiya vaksininin rolunu qeyd edib. O, eyni zamanda bildirib ki, martda respublikada Rusiya texnologiyaları üzrə vaksinlərin istehsalına başlanacaq. Lukaşenkonun sözlərinə görə, Belarus öz vaksinini yaradacaq.

Görüşün müddəti üzrə reqlament olmayıb. Liderlər eyni zamanda birlikdə nahar ediblər və xizəkdə gəziblər.

**16:43 (22.02.2021)

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Soçi şəhərində görüşü başlayıb.

Bu barədə “RİA Novosti” məlumat verib. İki ölkənin liderləri hərbi təhlükəsizlik sahəsi də daxil olmaqla bir sıra aktual problemlərə qarşı birgə cavab tədbirlərini müzakirə etməyi planlaşdırırlar.

Müttəfiq dövlətlər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı və inteqrasiya proseslərinin inkişaf etdirilməsinin də Prezidentlərin müzakirə mövzusu olacağı qeyd olunub.

Xəbərlər