Rusiyada son sutka ərzində koronavirusa 221 734 yeni yoluxma halı qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 612 800 nəfərə çatıb.
Rusiyada bir gündə həm də 586 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 66 623 nəfər olub.
İndiyədək 3 002 026 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.