Ermənistanda son sutka ərzində daha 236 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 164 912 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 9 nəfər ölüb və infeksiyadan həyatını itirənlərin sayı 3007-ə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 734 nəfərdir.
Hazırda Ermənistanda 7671 nəfər aktiv koronavirus xəstəsi var.