116
Dünya 19 yanvar — 10:03

CAR-da BMT-nin iki sülhməramlısı öldürüldü

Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlıların hücumu nəticəsində BMT missiyasının 2 sülhməramlısı öldürülüb.

Virtualaz.org bildirir ki, bu barədə BMT-nin MAR-da sabitləşmə üzrə çoxprofilli kompleks missiyası açıqlama yayıb.

Hadisə Banqasudan (Mbomu prefekturası) 17 km məsafədə baş verib.

Missiya rəhbəri Manker Ndiaye hücumu pisləyib, BMT missiyasının hücumu təşkil edənlərin şəxsiyyətlərini müəyyənləşdirmək və məsuliyyətə cəlb etmək üçün MAR hakimiyyəti ilə birgə işləyəcəyini bəyan edib.

Xatırladaq ki, öldürülənlərdən biri qabonlu, digəri isə mərakeşlidir.

Xəbərlər