330
Dünya 19 yanvar — 09:30

Koronavirusa yoluxanların sayı 96 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 96 milyon 9891 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı “Worldometers” saytı yayıb.

Pandemiya qurbanlarının sayının 2 milyon 49 min 349 nəfər olduğu bildirilir. İndiyədək 68 milyon 630 min 134 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Qeyd edək ki, son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xəbərlər