102
Dünya 15 yanvar — 23:58

Koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü

Yer Kürəsində koronavirusdan ölənlərin ümumi sayı 2 milyonu ötüb.

Virtualaz.org bildirir ki, bu barədə "Vörldometers" portalı məlumat yayıb.

Planetdə COVİD-19-a yoluxanların sayı isə 93 milyona 883 minə çatıb.

İndiyədək 67 milyondan çox insan koronavirusdan sağalıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların təxminən yarısı üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin isə 45 faizi dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.

Xəbərlər