90
Dünya 15 yanvar — 23:14

Türkiyədə koronavirus daha 169 nəfərin ölümünə səbəb oldu

Türkiyədə son sutka ərzində daha 169 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda həm də 8314 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 664, virusa yoluxanların sayı isə 2 373 115 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 246 047 pasiyent sağalaraq evə buraxılıb.

Xəbərlər