95
Dünya 15 yanvar — 21:36

ABŞ Əfqanıstan və İraqdakı hərbçilərinin sayını azaltdı

ABŞ Əfqanıstan və İraqdakı hərbi kontingentinin sayını 2,5 min nəfərədək azaldıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Pentaqonun yaydığı məlumatda belə deyilir.

Ölkənin müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller daha əvvəl Prezident Donald Trampın əmri və qüvvələrin yenidən toplanması planına uyğun olaraq 15 yanvar tarixinə qədər hər ölkədə hərbçilərin sayının 2,5 min nəfərədək azaldılacağını bildirmişdi.

“Mən artıq bu barədə ötən il noyabrın 17-də qabaqcadan məlumat vermişdim. Bu gün ABŞ-ın Əfqanıstanda və İraqdakı əsgər sayı hər ölkədə 2,5 min nəfər təşkil edir. Bu isə ABŞ kontingentinin 2001-ci ildən bəri həmin ölkələrdə ən aşağı səviyyəyə çatıdırılması deməkdir”, - deyə Miller qeyd edib.

O bildirib ki, hər iki ölkədə sülh yolunda irəliləyiş ABŞ və onların tərəfdaşlarına bu ölkələrdəki qoşun sayında ixtisarlara imkan verir: "Bu gün ABŞ iyirmi illik müharibəni sona çatdırmağa və siyasi həllə, uzumüddətli hərtərəfli atəşkəsə nail olmaq üçün Əfqanıstanın liderlik etdiyi sülh prosesini qarşılamağa hər zamankındən daha yaxındır".

K. Miller həmçinin qeyd edib ki, ordunun sayının daha da azaldılması Əfqanıstan hökuməti və Taliban arasındakı sülh danışıqlarının irəliləməsindən asılıdır: "Müdafiə Departamenti 2021-ci ilin may ayına qədər bu ölkələrdə ABŞ əsgərlərinin sayının sıfıra endirilməsi istiqamətində çalışmağa davam edəcək...".

Bununla yanaşı, o, ordu sayının azaldılmasını ABŞ siyasətindəki dəyişikliyi əks etdirmədiyini deyib: "ABŞ və koalisiya qüvvələri İŞİD-i tamamilə məğlub etmək üçün İraqda qalır. Tərəfdaş qüvvələri havadan və kəşfiyyatla dəstəkləmək üçün İraqda terrorla mübarizə platformamız olmağa davam edəcək".

Xəbərlər