105
Dünya 13 yanvar — 23:57

Türkiyədə koronavirus daha 173 nəfərin həyatına son qoydu

Türkiyədə son sutka ərzində 173 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda həm də 9554 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 23 325, virusa yoluxanların sayı isə 2 355 839 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 227 927 pasiyent sağalaraq evə buraxılıb.

Xəbərlər