208
Dünya 13 yanvar — 20:59

Türkiyədə Çin vaksinin tətbiqinə icazə verildi

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə icazə verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza “Sinovac” vaksininin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca keçirdiyi mətbuat konfransında deyib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Xəbərlər