331
Dünya 13 yanvar — 20:22

Avropada qar və şaxta

Avropanın təbii qaz bazarında qiymətlər ötən gün 18 faiz artıb.

Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 284 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 335 USD/1000 kubmetrdən satılıb. Bu ilin əvvəlindən 40 faizədək artan qaz qiyməti 2018-ci il sentyabrın 27-dən bu yana ən yüksək həddə çatıb. Bununla da TTF-də cari ilin orta illik qiyməti (yanvar ayının satış qiymətləri və il ərzindəki müqavilələrin məbləği) 264 USD/1000 kubmetrə çatıb.

Həmçinin Böyük Britaniyanın NBP qaz satışı mərkəzində ötən gün qiymətlər 378 dollaradək artıb. Halbuki ötən il ərzində Böyük Britaniyada qaz qitəyə nisbətən daha ucuz olub. Yalnız 2018-ci ilin mart ayının əvvəlində bütün Avropanı ağuşuna alan şaxtalar nəticəsində NBP-də qaz indikindən baha məbləğə - 1 227 ABŞ dollarından satılıb.

“Report” bildirir ki, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının da artmasına təkan verib. Yanvarın 11-də yeraltı qaz anbarlarının dolma səviyyəsi 65,75 faiz olub. Halbuki ötən beş mövsümün orta səviyyəsi 66,13 faiz olub.

Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 49 faiz azdır.

Virtualaz.org bir daha xatırladır ki, Avropada 2021-ci ilin əvvəli 2020-ci ilə nisbətən daha soyuq olub və bütün ay üçün istilik proqnozu əvvəlki üç isti qışdan xeyli aşağıdır. Bu da o deməkdir ki, soyuq hava bütün Avropanı yeraltı anbarlardakı qaz ehtiyatlarını aktiv şəkildə sərf etməyə məcbur edir.

Xəbərlər