192
Dünya 13 yanvar — 18:25

Lavrov erməni həmkarı ilə Moskva bəyanatını müzakirə etdi

Rusiyanın xarici İşlər naziri Sergey Lavrovla erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, söhbət zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş sammitində Dağlıq Qarabağa dair əldə etdikləri razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Habelə, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri diqqətdə olub.

Xəbərlər