68
Dünya 13 yanvar — 13:36

Rusiyada koronavirus daha 566 nəfərin ölümünə səbəb oldu

Rusiyada son sutka ərzində koronavirusa 22 850 yeni yoluxma halı qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb.

Rusiyada bir gündə həm də 566 pasiyent ölüb və pandemiya qurbanlarının ümumi sayı 63 370 nəfər olub.

İndiyədək 2 854 088 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Xəbərlər