1190
Dünya 5 Dekabr 2020, 17:39

Ter-Petrosyan Ermənistanda vətəndaş müharibəsi proqnozlaşdırır

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda mübarizənin güclənməsindən dərin narahatlığını ifadə edib.

Bu barədə Ermənistan Milli Konqres partiyasının mətbuat katibi Arman Musinyan bildirib.

Ter-Petrosyanın fikrincə, münaqişə tərəflərinin iradəsindən asılı olmayaraq, bu mübarizə hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər.

"Bu, yalnız Qarabağ üçün deyil, Ermənistan dövlətçiliyi üçün də son olacaqdır. Eyni zamanda, birinci prezident bu təhlükənin tam fərqində olan Nikol Paşinyan və Vazgen Manukyanın hadisələrin gedişindən yayınmaq üçün hər cür səy göstərəcəklərinə ümid edir”, - açıqlamada deyilir.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti Paşinyanın istefası tələbi ilə ümumrespublika mitinqi keçirəcək. Mitinqdə müxalifətin baş nazir vəzifəsinə namizəd irəli sürdüyü Vazgen Manukyanın çıxışı planlaşdırılır.

Xəbərlər