245
Dünya 2 Dekabr 2020, 18:52

Ermənistan müxalifəti ümumxalq mitinqi keçirəcək

Ermənistan müxalifəti dekabrın 5-də Yerevanda ümumxalq mitinqi keçirməyi planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat İveta Tonoyan deyib.

"Sizi 5 dekabr saat 15.00-da Yerevanın Azadlıq meydanında keçiriləcək ümumxalq mitinqinə dəvət edirik. Laqeyd deyilsinizsə, iştirak edin. Ermənistanı xilas etmək naminə", - Tonoyan "Facebook"da yazıb.

Qeyd edək ki, Ermənistanda 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri Yerevanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.

Bu arada məlum olub ki, Ermənistan Xüsusi İstintaq Xidməti qanunsuz aksiyalarla bağlı cinayət işi açıb, saxlanılanlar var.

 

Xəbərlər