115
Dünya 29 noyabr — 16:46

İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır

İranda son sutka ərzində 12 min 950 nəfər koronavirusa yoluxub, 389 pasiyent dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 948 min 749, ölənlərin sayı isə 47 min 875 nəfərə yüksəlib.

Hazırda xüsusi təyinatlı xəstəxanalarda müalicə alan 5859 xəstənin vəziyyəti ağırdır.

Xəbərlər