232
Dünya 29 noyabr — 19:32

Əfqanıstanda terakt: ölən əsgərlərin sayı 34-ə çatdı

Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Məlumatı "Associated Press" yayıb.

Xatırladaq ki, hadisə zamanı daha bir neçə nəfər yaralanıb. Həlak olanların və yaralıların hamısı hərbçilərdir.

**12:28

Əfqanıstanın Qəzni şəhərində partlayış baş verib, nəticəsində  26 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə 1TV telekanalı məlumat yayıb.

Bildirilir ki, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun əsgərləridir.

İlkin məlumata görə, Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partlayıcı ilə dolu avtomobil partlayıb. Qeyd edilir ki, partlayışdan əvvəl atışma olub.

Əfqanıstanın bu bölgəsində fəaliyyət göstərən ekstremist qrupların heç biri baş verənlərə görə məsuliyyəti hələ öz üzərinə götürməyib.

Xəbərlər