148
Dünya 29 noyabr — 11:22

Ermənistanda koronavirus daha 21 nəfərin həyatına son qoydu

Ermənistanda son sutka ərzində daha 1174 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bununla da  ölkədə COVID-19-a yoluxanların ümumi sayı 134 768 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə həm də 21 nəfər ölüb və infeksiyadan həyatını itirənlərin sayı 2142-yə çatıb.

Hazırda Ermənistanda 24 724 aktiv koronavirus xəstəsi var.

Xəbərlər