173
Dünya 29 noyabr — 10:18

Londonda karantin rejiminə qarşı etiraz aksiyası

İngiltərənin paytaxtı Londonda karantin rejiminin tətbiqi əleyhinə etiraz aksiyası keçirilib.

Virtualaz.org bildirir ki, etirazçılar maska taxmaqdan imtina edərək karantin qaydalarının ləğv edilməsini tələb ediblər. Oksford, Karnbi və Regent küçələrində keçirilən aksiya nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaranıb. 150 nəfərin saxlanıldığı bildirilir.

Xəbərlər