205
Dünya 27 noyabr — 21:36

Paşinyan Moskvaya hazırlaşır

Ermənistan hökuməti Aparatı protokol şöbəsinin rəisi Eduard Arutyunyan baş nazir Nikol Paşinyanın Rusiyaya səfərini hazırlamaq üçün noyabrın 30-dan dekabrın 4-dək Moskvada səfərdə olacaq. E.Arutyunyanın Moskvaya ezamiyyəti barədə əmr hökumətin saytında dərc olunub.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xatırladır ki, bundan əvvəl Ermənistan KİV-də Paşinyanın dekabrın 4-də Moskvaya gedəcəyi barədə məlumat yayılıb. Baş nazirin mətbuat xidmətindən bildiriblər ki, hökumət başçısının səfərlərinə dair məlumatlar lazımi vaxtda dərc edilir.

Virtualaz.org

Xəbərlər