187
Dünya 27 noyabr — 18:43

Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə koronavirus xəstələrinin yatdığı xəstəxanada “Qırmızı zona”nı ziyarət edib.

Tut.by bununla bağlı kadrlar yayımlayıb.

Bildirilib ki, pandemiya dövründən bəri Lukaşenko ilk dəfədir ki, ictimaiyyət arasına maskada çıxıb.

Palataları gəzən dövlət başçısı həkimlərlə söhbət edib, onların işini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Onlar böyük iş görürlər. Əgər bir insan “qırmızı zona”da işləyirsə, qoy elə o da yüksək maaş alsın”, - deyə Prezident vurğulayıb.

Xəbərlər