207
Dünya 27 noyabr — 15:51

Fransanın dövlət katibi Yerevana səfər edəcək

Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana ikigünlük işgüzar səfər edəcək.

Bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.

Xəbərlər