129
Dünya 25 noyabr — 12:31

Ermənistanda hökumət böhranı davam edir: Daha iki nazir müavini işdən çıxarıldı

Ermənistanın iqtisadiyyat və ədliyyə nazirlərinin müavinləri Naira Marqaryan və Rafik Qriqoryan vəzifələrindən azad edilib.

Bu barədə baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Xatırladaq ki, son bir həftə ərzində Ermənistanda altı nazir işdən çıxarılıb. Bunlar xarici işlər və müdafiə nazirləri Zöhrab Mnatsakanyan, David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyandır.

Sonuncu (Arayik Arutyunyan-red) artıq yeni vəzifəyə - baş nazirin baş məsləhətçisi təyin edilib.

Xəbərlər