129
Dünya 25 noyabr — 10:55

Dağıstanın başçısı koronavirusa yoluxdu

Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb.

Bu məlumatı Dağıstan hökumətinin mətbuat xidməti yayıb.

General-polkovnik özünü yaxşı hiss etdiyini və təcrid vəziyyətində işləməyi planlaşdırdığını deyib.

Qeyd edək ki, S.Melikov 2020-ci il oktyabrın 5-də təyin edilib. O, Vladimir Vasilyevi əvəzləyib.

Xəbərlər