459
Dünya 25 noyabr — 00:27

Co Bayden: “ABŞ lazımsız münaqişələrə müdaxilə etməyəcək”

Birləşmiş Ştatlar lazımsız münaqişələrə müdaxilə etmək niyyətində deyil.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edərkən deyib.

Yeri gəlmişkən, Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Məlumata görə, Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.

Virtualaz.org

Xəbərlər