912
Dünya 23 noyabr — 17:26

Araik Arutyunyan Rusiyaya məxfi səfər etdi

Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan Rusiyaya məxfi səfər edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Arutyunyandan qurtulmağa və Samvel Babayanı onun yerinə gətirməyə qərar verib.

Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu başa düşən Arutyunyan mümkün istefasının qarşısını almaq üçün Rusiyaya tələsib. Moskvadakı görüşlərində Arayikin Rusiya ilə problemi olan Samvel Babayanın separatçılara rəhbər gətirilməsindən şikayətlənəcəyi, bunun ilk növbədə Moskva üçün pis olacağını bildirərək kömək istəyəcəyi ehtimal edilir.

Xəbərlər