305
Dünya 23 noyabr — 18:58

Ermənistan Müdafiə Nazirliyində nazir müavini Balayanın işdən çıxarılmasından xəbərsizdir

"Milli Məclisin bir üzvünün, Müdafiə və təhlükəsizlik daimi komitəsinin sədri olsa belə, bizim hələ bilmədiyimiz məlumatlara sahib olması mənim üçün qəribədir".

Virtualaz.org bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Gevorg Altunyan aysor.am-a verdiyi müsahibəsində "Mənim addımım" fraksiyasının millət vəkili Andranik Koçaryanın Qabriel Balayanın müdafiə nazirinin müavini vəzifəsindən azad olunması ilə bağlı səsləndirdiyi məlumatın doğru olub-olmadığ barədə suala cavab olaraq deyib.

"Qabriel Balayanla şəxsən danışıbsa, bu başqa məsələ, amma rəsmi olaraq bizdə  belə bir məlumat yoxdur", - deyə G.Altunyan vurğulayıb.

**15:34

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynlərin vəzifəsindən istefa verib-verməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.

Xəbərlər