102
Dünya 22 noyabr — 22:16

Türkiyə Ordusu İraq və Suriyada daha bir neçə terrorçunu məhv etdi

Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red.) dörd silahlısı isə "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışarkən zərərsizləşdirilib", - deyə məlumatda bildirilib.

Xəbərlər