381
Dünya 22 noyabr — 19:42

Putin Baydeni nəyə görə təbrik etmədiyinə aydınlıq gətirdi

Rusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir, Moskvanın prezident seçkilərinin qalibini təbrik etməsi məsələsində heç bir gizli səbəb yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur, kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz, sadəcə, daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. Biz ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacağıq”, - deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Ölkə mediası Co Baydenin qələbə qazandığını yazır. Artıq bir neçə ölkə lideri onu qələbə münasibətilə təbrik edib.

Xəbərlər