216
Dünya 22 noyabr — 14:34

Bəzi ərəb ölkələri İsraillə sülh sazişi imzalayacaqlar

Ərəb ölkələrinin bəziləri İsraillə sülh sazişi bağlayacaqlar.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo "Al-Arabiya" telekanalına müsahibəsində deyib.

"İsraillə sülh razılaşmasına qoşulacaq ərəb ölkələri var", - Pompeo bildirib.

O, əlavə edib ki, ABŞ regionda sülhə nail olunması üzrə səylərini davam etdirəcək.

“Report” xatırladır ki, İsrail sentyabrda BƏƏ və Bəhreynlə münasibətlərini normallaşdırıb. Ölkələr arasında münasibətlərin normallaşdırılması haqqında razılaşmaların imzalanması ilə bağlı təntənəli mərasim sentyabrın 15-də Ağ Evdə keçirilib, çünki razılaşmalara ABŞ-ın aktiv vasitəçiliyi ilə nail olunub.

Xəbərlər