Ermənistanda son sutka ərzində daha 1385 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 126 224 nəfərə çatıb.
Ermənistanda koronavirusdan son bir gündə həm də 21 nəfər ölüb və pandemiyada həyatını itirənlərin sayı 1952-yə yüksəlib. İndiyə qədər 94 090 xəstə sağalıb.
Hazırda 29 681 nəfər müalicə alır.